Загрузка...

Bakıda sərnişin avtobusları və qatarların sayı artırılır

13.09.2019 | 2 | 0

Yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdiriləcək və bu istiqamətdəki reyslərin sayı artırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sosial sifarişlər nəzərə alınaraq, I növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün Bakıdan Sumqayıta saat 15:00-a da reys təyin edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətinin rəhbəri Natavan Bayramova deyib ki, təmsil etdiyi qurum dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Dövlət Avtomobil Nəqliyyatı isə sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətlərində hərəkət edən marşrut xətlərində avtobusların sayını artıracaq. Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.

Yeni tədris ili ilə bağlı Bakı Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçib.

Nəqliyyat qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.

Nə düşünürsən?