Yadplanetliləri öyrənən alimlərin sonunun necə olduğunu bilirsinizmi?

  • 13.09.2019
  • 0

⏩▶️ABUNƏ OLUN!◀️ https://www.youtube.com/channel/UCBRBXxIvXzwVYVj_Bp0bhsw?sub_confirmation=1


Yadplanetliləri öyrənən alimlərin sonunun necə olduğunu bilirsinizmi?


Yadplanetliləri öyrənən alimlərin sonu


Yadplanetliləri öyrənən alimlərin sonunun necə olduğu haqqında heç bilirsinizmi? Bilmirsinizsə, buyurun, bu videonu izləyin.

Ən geniş yayılmış iddialardan birinə görə yadplanetlilərlə bağlı araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər. UNO sahəsində araşdırma aparan bir çox alimlərin - ufoloqların taleyinə nəzər saldıqda həqiqətən təəccüblənməmək olmur.


İlk belə halın 1986-cı ildə baş verdiyi deyilir. Belə ki, həmin ilin oktyabr ayında uçan naməlum obyektlərin araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə "intihar" edib. Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Həmin hadisədən cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor - Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü Bristol körpüsündən atıb.


Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər sonrakı illərdə də davam edib. Xüsusilə 1987-ci ildə azı 8 alimin öldüyü bildirilir.


1987-ci ilin yanvarında Avtar Sinq-Qida itkin düşüb və sonda onun öldüyü elan edilib.

1987-ci ilin fevralında Piter Pippel özünə məxsus qarajda avtomobilin içərisində dünyasını dəyişib.

1987-ci ilin martında Devid Sends avtomobilini yüksək sürətlə kafe binasına çırparaq, "intihar edib".

1987-ci ilin aprelində Mark Vizer özünü asıb.

1987-ci ilin aprelində Styuart Qudinq qətlə yetirilib.

1987-ci ilin aprelində Devid Qrinhalq körpüdən yıxılaraq ölüb.

1987-ci ilin aprelində Şani Uoren suda boğularaq ölüb.

1987-ci ilin mayında Maykl Beyker yol qəzasında dünyasını dəyişib.


Ümumilikdə UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayının azı 25 olduğu iddia olunur. Görəsən bu həqiqətən reallıqdır, yoxsa təsadüf?


Musiqi 1: Ether Oar 2:39 The Whole Other Ambiyans | Dramatik

Musiqi 2: Gisele Revisited 2:10 South London HiFi Country ve Folk | Neşeli

Nə düşünürsən?