Sorğu: Azərbaycanda da kişilərə atalıq məzuniyyəti verilsinmi?

13.09.2019 | 8 162 | 0

Bir sıra ölkələrdə ata olan kişilərə atalıq məzuniyyəti verilir.

Sfera.az xəbər verir ki, ötən günlərdə İsveçrə Federal Məclisinin Milli Şurası övladı yenicə dünyaya gələn atalara iki həftəlik atalıq məzuniyyətinin verilməsi təşəbbüsünü dəstəkləyib. 129 nəfərin lehinə, 62 nəfərin əleyhinə, 1 nəfərin bitərəf qaldığı səs vermə nəticəsində qanun qüvvəyə minib.

Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrinin çoxunda atalıq məzuniyyəti qanuniləşib. Fərq sadəcə məzuniyyətin müddətindədir.

"Bizimyol.info” mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib: Azərbaycanda da kişilərə atalıq məzuniyyəti verilsinmi?


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?