Londondakı 17 yaşlı “bürüncümüz“

  • 13.09.2019
  • 0

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya millisinin daha bir üzvü dünya çempionatında medal qazanıb. İngiltərənin paytaxtı Londonda keçirilən mundialın 5-ci günündə Vəli İsrafilov brass üsulu ilə mübarizə aparıb. O, 100 metr məsafəni 1 d. 6 s-yə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə, lisenziya xalları toplayan 17 yaşlı üzgüçümüz "Tokio 2020" Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandanın digər üzvü Roman Saley aktivinə 2 medal yazdırıb. Arxası üstə üzmə yarışında 2-ci yeri tutaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanan təmsilçimiz, növbəti gün sərbəst üsulda 3-cü yerə çıxıb.

Nə düşünürsən?