Qadın müştərinin yatağını ayı zəbt etdi

  • 13.09.2019
  • 0

ABŞ-ın Montana ştatında kuryoz hadisə yaşanıb. 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, kiçik hotellərdən birinə ayı daxil olub. Heç kimin fikir vermədiyi heyvan qadın müştərilərdən birinin kirayələdiyi otağa girib və çarpayıya uzanıb. 

Yuxuya gedən ayını xadimələr görüb və əlaqədar quruma məlumat veriblər. Hotelə gələn veterinarlar ayıya sakitləşdirici ilə müdaxilə edib. 

Qonur ayının cavan və sağlam olduğu müəyyən edilib və azadlığa - Yelloustoun parkına buraxılıb. 

Müştərilər ayının geri qayıda biləcəyindən həyəcanlı olduqlarını gizlətmir.

Nə düşünürsən?