Polo üzrə Dünya kuboku paytaxtımızda

  • 12.09.2019
  • 0

Yarışda 4 klub mübarizə aparacaq

Bakıda polo üzrə Dünya Kuboku uğrunda yarış təşkil olunacaq.

Turnirdən öncə Atçılıq Federasiyasının və Dünya Polo Klubunun rəsmiləri, eləcə də komanda üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Əvvəlcə yerli federasiyanın vitse-prezidenti Bəhruz Nəbiyev yarış barədə məlumat verərək, hazırlıq üçün Argentinadan təcrübəli məşqçi Raul Laplaseti Bakıya dəvət etdiklərini bildirdi.

Federasiya rəsmisinin sözlərinə görə poloda ilk dəfə VAR sistemi Azərbaycanda tətbiq olunacaq. Futbolda olduğu kimi, poloda da şübhəli epizod yaranarsa video təkrara baxılacaq və düzgün qərar qəbul ediləcək.

Daha sonra çıxış edən Dünya Polo Klubunun prezidenti Reto Qaudenzi yenidən Azərbaycana gəldikləri üçün şad olduqlarını deyib. Tədbirin sonunda komandaların və oyunçuların təqdimat mərasimi keçirilib.

Sentyabrın 13-də start götürəcək yarışda Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar. İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” komandası isveçrəli rəqiblərini sınağa çəkəcək. Günün ikinci qarşılaşması Almaniya və Rusiya kollektivləri arasında baş tutacaq.

Reqlamentə əsasən, sentyabrın 15-də üçüncü yer uğrunda oyun olacaq. Yarışa final qarşılaşması ilə yekun vurulacaq.

Nə düşünürsən?