“Yaşıl ada” alov içində - Avstraliyada meşə yanğınları

  • 12.09.2019
  • 0

Avstraliyada meşə yanğınları tüğyan edir. 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, 140 nöqtədə başlayan yanğınlar get-gedə daha böyük əraziləri əhatə edib. Kvinslend və Yeni Cənubi Uels ştatlarında təhlükə daha böyükdür.

Adı çəkilən ştatlarla yanaşı bir çox yaşayış məntəqələrində sakinlərin təxliyəsinə başlanıb.

Ölkənin şimal-şərqində yanğınlar əkinə yararlı torpaqları məhv edib. 

Polis yanğınların insanların məsuliyyətsizliyi səbəbindən baş verdiyini iddia edir. Hadisələrdən birini 12 yaşlı oğlanın törətdiyi artıq sübut olunub. Oğlanla oynayan iki qız uşağı bu barədə danışıb. 

Xatırladaq ki, bu yanğınlar ölkə tarixində ən böyük meşə yanğınları hesab olunur.

Nə düşünürsən?