Valideynlər Təhsil İdarəsindən şikayətçidirlər

  • 12.09.2019
  • 0

FaktXəbər-ə müraciət edən valideynlər Bakı Şəhər Təhsil İdarəsindən şikayətçidirlər. Onlar övladlarının məktəbini dəyişdirmək və ya direktordan şikayət üçün idarənin qəbul otağına yaxınlaşdıqlarını, amma burada uzun növbələr olduğunu söyləyirlər. Valideynlər iddia edirlər ki, qəbula düşmək üçün gecə saat 3-dən növbə tuturlar. Növbənin yaranmasına səbəb kimi isə içəridə sadəcə 2 nəfərin ərizələri qəbul etdiyini deyirlər. 

Nə düşünürsən?