Hərbi hissənin silah anbarında güclü partlayış

  • 12.09.2019
  • 0

Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində yerləşən hərbi hissədə partlayış baş verib.

Olay gecə saatlarında meydana gəlib.

ŞKTC-nin Daxili işlər naziri Qüdrət Özərzay hadisə ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, hərbi hissənin silah anbarında naməlum səbəblərdən partlayış olub, daha sonra yanğın çıxıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqrada cəlb olunub.

Olayın səbəbləri araşdırılır. Zərərçəkənlərin olub-olmadığı barədə məlumat yoxdur./publika.az

Nə düşünürsən?