Bərdədə iribuynuzlu heyvanlar arasında xəstəlik yayılıb

  • 12.09.2019
  • 0

Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Mustafaağalı kəndində təsərrüfatlarda yayılan xəstəlik sakinləri narahat edib.

Kəndlilər xəstəliyin hansı növə aid olmasından xəbərsizdirlər. Kənd sakini İsgəndər Alıyev deyir ki, onun təsərrüfatındakı 6 baş inək də xəstələnib və onlardan biri ölüb.

Baytar həkimlər xəstəlik baş verən təsərrüfatlara baş çəkib. Rayon Baytarlıq İdarəsinin əməkdaşları hazırda kənddə heyvanların müalicəsi ilə məşğuldur. Baytarlar heyvanların dəri xəstəliyindən əziyyət çəkdiklərini bildiriblər.

Baytar həkimlər kənddəki digər təsərrüfatlarda da yoxlamalar və tədbirləri davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?