Bakıda BMW divara çırpılıb, digər nəqliyyat vasitəsi isə yaşlı qadını vurub

  • 12.09.2019
  • 0

Bakıda avtomobil yaşlı qadını vurub, digər avtomobil isə səkiyə çırpılıb.

APA xəbər verir ki, Nəsimi rayonu Abbasqulu Ağa Bakıxanov küçəsində yolu keçmək istəyən təxminən 60-65 yaşlı qadını 99-EF-888 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Digər hadisə isə Rəşid Behbudov küçəsində baş verib. Belə ki, "BMW" markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirərək avtomobili səkidəki dəmir arakəsməyə çırpıb. Nəticədə sürücü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Nə düşünürsən?