Rusiyada yaşayan xanım aparıcı: "Azərbaycanlı kişilər rus kişilərdən güclüdürlər və dünyanı zəbt edirlər"

  • 12.09.2019
  • 0

Hazırda Rusiyanın "Birinci kanal"ında “Dobroe utro” verilişinin aparıcısı olan azərbaycanlı Svetlana Zeynalova “Paxlava Production” layihəsinə müsahibəsində maraqlı açıqlama verib. O bildirib ki, azərbaycanlı kişilər rus kişilərdən daha güclüdürlər və dünyanı zəbt edirlər.

“Azərbaycan kişləri rus kişilərə nisbətən daha ailəcanlı, daha məsuliyyətli və daha güclüdürlər. Hər halda bu günə qədər qarşıma çıxan kişiləri müqayisə edərək belə deyə bilərəm. - Moskvada bu məsələr fərqlidir. Kişilər müntəzəm olaraq heç bir qərar vermirlər, qərarları qadınlar verirlər, Moskvada qadınlar daha güclüdürlər Azərbaycan kişilərinin ailə, qadın, uşaq və kişi məsuliyyətinə aid müəyyən anlayışları var.”, - deyə aparıcı bildirib.

Azərbaycan xatirələri barədə sevgi ilə danışan Svetlana Zeynalova bildirib ki, hər nə qədər Rusiyada yaşayıb, böyüsə də özünü hər zaman bu xalqın bir hissəsi kimi hiss edib və bununla qürur duyub. “Mən öz ölkəmin nemətləri ilə məktəb yoldaşlarımın yanında öyünürdüm. Keçmiş azərbaycanlı söhbəti olmur. Biz harda oluruqsa olaq, azərbaycanlıyıq. Azərbaycanlılar dünyaya yayılır, çoxalırlar və dünyanı zəbt edirlər(gülür). (Bizimyol)

Nə düşünürsən?