2 ton yarım narkotik aşkarlandı

11.09.2019 | 32 | 0

Oğuzda 2 tondan çox narkotik bitki məhv edilib. 

 

APA TV-nin şimal-qərb bürosun məlumatına görə, “Xaş-xaş 2019” əməliyyat-axtarış tədbirləri çərçivəsində polis Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş çox sayda çətənə kolu aşkarlayıb. Kolların hündürlüyü 60-70 sm, ümumi çəkisi  2 ton 200 kq yaxın olub. 4150 ədəd narkotik tərkibli çətənə bitkisi yandırılaraq məhv edilib.

  

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?