İsraildə təhlükə səslər - Netanyahu dərhal sığınacağa yerləşdirildi

11.09.2019 | 14 | 0

İsrailin baş naziri Benyamin Netanyahu seçki kampaniyası çərçivəsindəki Aşdod bölgəsinə səfəri zamanı təhlükəli anlar yaşayıb.

Publika.az xəbər verir ki, baş nazir çıxış edərkən təhlükə siqnalları çalmağa başlayıb.

Ardınca raket xəbərdarlığı verilib və Netanyahu dərhal kürsüdən endirilərək sığınacağa aparılıb.

Bəzi sakinlər partlayış səsləri eşitdiklərini bildirsə də, Aşdod bəldiyyəsi və yerli polis şəhərə raket düşmədiyini açıqlayıb.

İsrail ordusu isə olayı araşdırdıqlarını bildirib.

Nə düşünürsən?