Səhnəyə içkili çıxdığına görə üzr istədi

  • 10.09.2019
  • 0

Rusiyanın Əməkdar artisti, müğənni Dima Bilan Samara şəhərində konsertində içkili vəziyyətdə çıxış etdiyinə görə üzr istəyib.


Bax.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı o, İnstaqram hesabında "Bağışla məni, Samara" başlığı altında dörd dəqiqəlik videomüraciət yerləşdirib.


İfaçının sözlərinə görə, o, konsertdən əvvəl dostarı ilə rastlaşıb və onlarla konyak içib. Bilan qeyd edib ki, o, sağlam həyat tərzi sürür və onun orqanizmi alkoqoldan asılı deyil, ona görə də o, dərhal sərxoş olub.  


Bilan kompensasiya əvəzi olaraq, şəhərdə pulsuz konsert verib uşaq meydançası tikdirəcəyinə dair söz verib.

Nə düşünürsən?