Rusiyada vahid seçkilərin nəticəsi

  • 10.09.2019
  • 0

Ölkə üzrə ümumilikdə 47 minə yaxın deputat və vəzifəli şəxs seçilib.

Vahid seçkilər günü dövlət dumasına da təkrar seçkilər olub.

REAL-ın Rusiya bürosu məlumat verib ki, Rusiyada keçirilən vahid seçki gününün nəticələri artıq məlum olub. Rusiyanın yeganə İnquşetiya respublikası oldu ki, burada seçkilər birbaşa deyil, region rəhbərini deputatlar seçiblər. Rusiya prezidenti Vladmir Putin tərəfindən təklif olunan 3 namizəd arasında seçim edən İnquşetiya respublikasının deputatları bu vəzifəyə Mahmud-Əli Kalimatovu gətiriblər. Rusiyanın Sankt-Peterburq, Leninqrad vilayətində də artıq qubernator məlumdur. Bu vəzifə isə əslən Azərbaycandan olan Aleksandr Beqlova artıq məxsusdur.

8 sentyabrda Rusiyanın bütün regionlarında seçkilər keçirilib. Bəzi regionlar yerli hakimiyyət orqanlar və deputatları, bəzi vilayət və respublikalar isə özlərinə başçılar seçiblər.

Nə düşünürsən?