Bayılda sürüşmə zonasında son vəziyyət

  • 09.09.2019
  • 0

Məsələ ilə bağlı ETSN-İN Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralovun REAL-a verdiyi məlumata görə, sürüşmənin baş verdiyi ərazidə torpaq qatı yenidən nəmlik vəziyyətindədir.

Sürüşmə ərazisindəki yol artıq açılsa da ,bu müvəqqəti xarakter daşıyır . ETSN-İN Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov həmçinin bildirdi ki, payız-qız mövsümü yaxınlaşdığı üçün vəziyyət hər an qorxulu hala düşə bilər.

Xatırladaq ki,sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub.Nazirlər Kabineti bu ilin may ayında Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncam verib.

Nə düşünürsən?