Bu göstəriciyə görə Avropada altıncıyıq - Dəhşətli statstika

  • 09.09.2019
  • 0

Bu ilin 6 ayı ərazində Azərbaycan yollarında baş verən 842 YNH-də 322 nəfər həlak olub. Bu göstəriciyə görə, Azərbaycan Avropa ölkələri arasında 6-ci yerdədir. Bu da o deməkdir ki, ölüm faktları kifayət qədər yüksəkdir.


ARB TV-nin “Günə Doğru” proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.


Qəzaların sayının xüsusən də ölüm faktlarının azaldılması üçün kompleks tədbirlər planına ehtiyyac var. Bu planda yol hərəkətinin təşkilindəki bütün nöqsanlar araşdırılmalıdır. Nişanlanlama, sürücü peşəkarlığı, yol inşaası zamanı planlanmaların və işlərin təşkili ilə yanaşı marifləndirmə də, əsas meyar kimi qəbul edilməlidir.


Vaqif Əsədov – BŞBDYPİ-nin bölmə rəisi: “Hadisələri təhlil etdikdə, sürücü səhlənkarlığının və piyada diqqətsizliyinin olması yol qəza hadisələrinin baş verməsinə əsas faktdır”.


Elməddin Muradlı – Ekspert: “Yol təssərrüfatını inkişaf etdirmək lazımdı. Bizim yollarımız çox təhlükəlidir. Nişanlar, nişanlanma xəttləri normal vəziyyətdə deyil. Biz İEÖ-in təcrübələrindən yararlanmalıyıq”.


Ekspertlər düşünür ki, dünyada yol hərəkətinin təhlükəsizliyi ilə bağlı İSO 39001 sertifikatlaşdırılması standartı Azərbaycan yollarında da tətbiq edilməlidir.


Asif İbrahimov – İdarəetmə üzrə mütəxəssis: “Meyarlar ölçüldükcə qadağanedici, xəbərdaredici işarələrin düzgünlüyü, yerində olmalıdır. Həmçinin yolayırıcıların şəhərsalma qaydalarına uyğun olması kimi məsələlər ön plana çıxacaq. Bu kimi məsələlər Rabitə və Nəqliyyat Nazirliyinin və BNA-nın öhdəsinə düşür”.


Ekpertlər deyir ki, hazırda qəbul olunan və həyata keçirilən 2019-2023-cü illəri əhatə edən dövlət proqramına dünyada vacib sayılan bu standartın tətbiqi mütləqdir.

Nə düşünürsən?