Yaponiyada tayfundan zərər çəkənlərin sayı 20-yə çatdı

  • 09.09.2019
  • 0

Dünən gecə Yaponiyanın mərkəzi və şərq prefekturaları üzərindən keçən "Faksay" tayfunundan sonra zərərçəkənlərin sayı 20-yə çatıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Kyodo xəbər verib.

Zərərçəkənlərin əksəriyyəti Sindzuoka, Kanaqava və Tiba prefekturalarının sakinləri olduğu açıqlanıb. Bu bölgələrdə, həmçinin Tokioda ağacların yıxılması və güclü dalğalar səbəbiylə sahillərdəki daş maneələrin dağıdılması qeydə alınıb. Yapon aviaşirkətlər Tokionun Narita və Haneda hava limanlarından uçması lazım olan 139 daxili uçuşu ləğv edib. Eyni zamanda, Tokio ilə bitişik olan Tiba prefekturasında elektrik xətlərinin kəsilməsindən sonra təxminən 600 min ev elektriksiz qalıb.

Nə düşünürsən?