Həbib Nurməhəmmədov doyunca burger və steyk yeyəcək

09.09.2019 | 52 | 0

UFC üzrə çempionatının qalibi, Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov sonuncu döyüşdə Puaryeni məğlub etdikdən sonra pərhizi dayandırıb. 

İdmançı "Instagram" "tarixçəsində" (Stories) videoçarx yerləşdirib.

Həmin kadrlarda burger, steyk və "kartof-fri" dolu qablarla bəzədilmiş masa görüntülənir. Dastin Puarye ilə döyüşdən əvvəl Həbib bəyan etmişdi ki, qələbədən sonra doyunca yeməyi planlaşdırır. Özü də o, burger və steyk yeyəcəyini demişdi.

Nurməmmədov karyerasının 28-ci qələbəsini çalıb. O, yüngül çəki kateqoriyası üzrə ikinci dəfə çempionluq titulunu qazanıb. Son döyüş üçün Həbib 70 kiloqramadək çəki atmışdı.

Nə düşünürsən?