Azərbaycanda yeni “sirli biznes”: işlənmiş, çirkli pamperslərin alışı

  • 08.09.2019
  • 0

Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda "İşlənmiş pamperslərin alışı" adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır. medicina.az bildirir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər. Bir bez üçün 0.03 qəpik təklif edən naməlum "biznes" nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər.

Nə düşünürsən?