Şəmkirdə evə basqın edən şəxs yaxalanıb

  • 07.09.2019
  • 0

Şəmkirdə evə basqın edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Xuluf kənd sakini Elçin Atakişiyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək maskalı şəxsin onun yaşadığı ünvana qanunsuz daxil olduğunu və ona bıçaqla xəsarət yetirərək qaçdığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Xuluf kənd sakini, 21 yaşlı Rauf Vəliyev olduğu müəyyənləşib.

Saxlanılan Rauf Vəliyev bir müddət əvvəl oğurluğa girdiyi həmkəndlisinin evində fəhlə işlədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.