Bölgələrdə pambıq yığımına başlanılıb

  • 07.09.2019
  • 0

Azərbaycanın bölgələrində pambıq yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyda bu il 3102 hektar sahədə pambıq becərilib. Sahələr məhsuldarlığı ilə diqqət çəkir.

Yağmurlu hava şəraiti yığıma mane olsa da, pambıqçılar gün ərzində 80-100 kiloqram məhsul toplaya bilirlər. "Ağ qızıl"ın toplanılması üçün pambıqçılara hər kiloqram üçün 20 qəpik ödənilir.

Texnikalarla da yığıma başlamaq üçün sahələrdə dərmanlama işləri aparılır.

Bu günədək rayonda əllə yığım aparılan sahələrdən 50 ton pambıq əldə edilib.

Neftçalada da pambıq yığımına başlanılıb. Bəzi fermerlər bu il ilk dəfə elit sortu da əkiblər.

Məhsuldarlıq ötən ilə nisbətən xeyli yüksək olub. Hazırda burada da əllə yığım aparılır. Əksər sahələrdə texnika ilə yığım aparılmasına hazırlıq işləri görülür.

Toplanan məhsul pambıq məntəqələrinə təhvil verildiyindən sahibkarlar alıcı qıtlığı yaşamır. Ötən il pambığın hər kiloqramının qiymətinin 65 qəpiyə qalxması və əlavə olaraq 10 qəpik subsidiya ayrılması fermerləri daha da ruhlandırıb. Hava şəraiti əlverişli keçərsə, fermerlər yığımı oktyabr ayınadək başa çatdırmaq niyyətindədirlər.

Nə düşünürsən?