Yaşadığı fermanı silah anbarına çevirən şəxs tutuldu

  • 07.09.2019
  • 0

Xızı polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasov saxlanılıb. 


APA TV-nin şimal bürosunun məlumatına görə, hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqça aşkar edilərək götürülüb. Saxlanılan şəxs günahını etiraf edib: “Kanalın altından gəzən zaman paket tapdım. Əl qumbarası və avtomat var idi. Onları evə gətirib, təmizləyib şkafa qoydum. Avtomatı da paketin dəyişib qoydum döşəklərin altına. Maraqla saxlamışdım, polis gəlib aşkar elədi. Elədiyim əmələ görə də peşmanam, gərək təhvil verərdim”. 


Aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.


Avtomat isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.

Nə düşünürsən?