Formula maşını bir neçə metr havaya uçdu

  • 07.09.2019
  • 0

İtaliyada keçirilən Formula 3 yarışının birinci mərhələsində ciddi qəza baş verib.

Sonuncu dövrələrdən birində “Campos”un pilotu Aleks Peroni trassdan kənara çıxıb. Qəza o qədər ciddi olub ki, bolid bir neçə metr havaya uçuraq kənara düşüb.

Xoşbəxtlikdən Peroni ciddi xəsarət almayıb və özü bolidi tərk edə bilib. Bundan sonra isə o, tibbi müayinəyə göndərilib.

Nə düşünürsən?