“Eurosport” millimizin oyunçusunu ələ saldı

  • 07.09.2019
  • 0

“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb.

Qol.az xəbər verir ki, buna onun dünən “Avro-2020”nin Uelsə qarşı səfər matçında (1:2) öz qapısına vurduğu qol səbəb olub. Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz".

Xatırladaq ki, Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.

Nə düşünürsən?