BMW dünyanın ən qara avtomobilini təqdim etdi

  • 07.09.2019
  • 0

BMW Frankfurt avtosalonunda birdəfəlik təqdim edəcəyi yeni SUV-nin şəkillərini paylaşdı. Avtomobili digər avtomobillərdən fərqləndirən cəhət onun Vantablack ilə örtülməsi və indiyə qədər gördüyümüz ən qara avtomobil olmasıdır.

Bax.tv chip.az-a istinadən bildirir ki, davtomobil sənayesindəki bütün şirkətlər indi SUV satışlarında bir zirvəyə sahib olmaq üçün bir-biri ilə yarışır. Ford kimi köhnə markadan lüks avtomobillərə qədər Lamborghini, Bentley, Rolls-Royce və hətta Ferrari - hamısı ağla gəlir.

Hər markanın özünəməxsus xüsusiyyəti və görünüşü olsa da, fərqlənmək üçün adlarını ağıllara həkk etmək məcburiyyətindədirlər. BMW bu konsepsiyanı ən yaxşı başa düşən markalardan biridir. Çünki BMW özünü yadda saxlamaq üçün əla bir iş görərək qapqara avtomobilini təqdim etdi.

BMW-nin avtomobili, üçüncü nəsil X6 SUV tamamilə "Vantablack" boyası ilə örtülmüşdür. Daha aydın desək, BMW öz avtomobilini 99,9% işığı udan ən qara material ilə örtüb.

BMW, üçüncü nəsil X6-nı Vantablack-i örtmək üçün Vantablack-in tərtibatçısı Surrey NanoSystems ilə işləmişdir. Maşını örtmək üçün Vantablackın bir versiyası olan VBx2-dən istifadə edib. Surrey NanoSystems-in qurucusu Ben Jensen-in sözlərinəgörə, insanın gözü və beyni qaranlığa baxarkən dərinlik hissi yarada bilər.

Nə düşünürsən?