Azərbaycanın ucqarında müqəddəs hamam: Burada hər şey pulsuzdur

  • 07.09.2019
  • 0

Qaxın İlisu kəndindən 6 km aralıda, vəhşi təbiətin qucağındakı qayaların içindən kükürdlü su çıxır. Bu suyun insan sağlamlığına faydalarını saymaqla bitməz. Müxtəlif növ dəri xəstəliklərinə, mədə ağrılarına, saçdakı kəpəyə, topuq çartlamalarına, böyrək daşlarının təmizlənməsinə yaxşı təsir edir. Yerli sakinlər bu suyun möcüzəvi olduğunu bildirirlər, bura müqəddəs yer kimi baxırlar. İşin başqa bir “möcüzəsi” var; hələlik buralar insanlara tam pulsuz xidmət göstərir. 

Üstəlik xeyirxah yerli sakinlər tərəfindən pulsuz olaraq istifadə üçün bütün lazımı şərait də yaradıblar. Hətta burada gecələmək istəyənlərin də arzusu nəzərə alınıb. Bir daxma tikilib, kim istəsə heç bir pul ödəmədən istifadə edə bilər... 

Yolu isə təbii ki, normal deyil, əgər piyada getmək istəyirsinizsə, ən azı 10 dəfə Hamamçayı o tərəf, bu tərəfə keçməyi gözə almalısınız. Yox, qlamur turistsinizsə, əyləşirsiniz "super komfortlu" UAZ-lara 50 AZN ödənişinizi edib tək (qrup halında getdiyinizdə hərənizə 10 AZN ödəniş edirsiniz), hamamın 600 metrliyinə qədər ayağınız islanmadan gəlirsiniz. Qeyd edim ki, bu son 600 metr məsafəni piyada gedərkən ayağınız islanmayacaq, çünki, çayın bu hissəsində ağaclardan, primitiv də olsa, körpücüklər hazırlanıb.

Yağışlar gəlmədən, mövsümün son günlərində təbiət qoynunda isti vanna qəbul etmək istəyənlər buraya rahatlıqla baş çəkə bilər. Əks təqdirdə selə düşüb soyuq vanna qəbul etməli olacaqsınız.

Piyadalar üçün bildirim ki, hökmən əyninizdə şort olsun, şalvarınızı ehtiyat üçün mütləq çantanızda gəzdirin. Yox əgər iki ədəd şalvar götürmək istəyirsinizsə, bu da məsləhət deyil. Onun yaş olmuş balaqları ayağınızın nəm qalmasına və sağlamlıq problemlərinin yaranmasına səbəb olacaq. Su keçirməyən ayaqqabıları da boş verin, yolboyu ayağınızda outdoor sandal olsun, çünki bu növ sandalların altı adi şəhər sandalının altından sərt olur, materialı da tez quruyandır. Ayaqqabını isə qayıdanda quru halda geyinmək üçün ehtiyatda saxlayın.

TERMAL SUYUN FAYDALARI

1. Həzm sisteminə yaxşı təşir edir

2. Revmatizma ağrılarını yüngülləşdirilir

3. Şiddətli oynaq ağrılardan asanlıqla xilas olmaq mümkündür.

4. İmmunteti gücləndirir

5. Allergiya və eqzema kimi dəri problemlərə dərmandır.

6. Dəri problemləri və müxtəlif nahiyələrdə yaranan qaşıntıları aradan qaldırır.

7.Gərginbliyi və stressi azaldır

Termal suların həm fiziki, həm də psixoloji faydaları var. İnsanı rahatladır vücudda yaranan şişkinliyi aradan qaldırır.

 Ən nəhayətində isə bu sular əsil terapiyadır.

Nə düşünürsən?