"Xan bağı"ndakı təhlükəli ağaclar budanır

06.09.2019 | 2 | 0

Gəncənin xan bağındakı qədim çinarların qurumuş gövdə və budaqları xeyli müddətir ki, şəhər sakinlərində, xüsusən də bu parka tez-tez baş çəkənlərdə ciddi narahatlıq yaradırdı. Uzun müddətdir təhlükə saçan ağacların nəhayət ki budanmasına başlanıb.

Gəncənin park və məhəllələrindəki, yol kənarlarındakı qurumuş ağaclar küləkli hava şəraitində ciddi təhlükə mənbəyinə çevrilirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi və şəhər Yaşıllaşdırma Təsərrüfatı tərəfindən bu ağacların budanmasına başlanıb.

Hazırda Xan bağında aparılan işlərə Gəncə Mənzil-Komunal Təsərrüfat Birliyinin texnika və canlı qüvvəsi cəlb olunub. Budama işlərinin 2 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Şəhər sakinləri, xüsusən də parkın daimi sakinləri görülən işləri razılıqla qarşılayırlar.

Budama işləri Gəncənin digər ərazilərində də davam etdiriləcək.

Nə düşünürsən?