Hacı Zeynalabdin Tağıyevin heykəlini bu rəssam hazırlayacaq

  • 06.09.2019
  • 0

Hacı Zeynalabdin Tağıyevin heykəli xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.
 
Xalq rəssamı deyir ki, hələ illər əvvəl görkəmli şəxsiyyətlərin heykəllərini hazırlamaq üçün çalışmalara başlayıb.Yaxşı bir iş ərsəyə gətirmək üçün hazırladığı eskizlərə uzun illər vaxt sərf edib. Elə indi qalib gələn layihəsi də illər əvvəl hazırladığı eskizin təkmilləşdirilimiş versiyasıdır.
 
Rəssam ilkin variantda Tağıyevın heykəlini oturaq şəkildə hazırlamağı düşünsə də, heykəlin qoyulacağı yer bəlli olduqdan sonra ayaq üstə heykəlin həmin yerə daha yaxşı yaraşacağını düşünüb. Zeynalabdin Tağıyevın böyüklüyünü daha yaxşı vurğulamaq üçün heykəllə yanaşı onun fəaliyyəti haqqında məlumatlar olan barelyef hazırlamağı da düşünür. Heykəlin ölçüsü 3-3,5 metr olacaq
 
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq.

Nə düşünürsən?