Ayan tənqidlərə cavab verdi

  • 06.09.2019
  • 0

Müğənni Ayan Babakişiyevanın həmkarı Kərim Abasovla rəqs edərkən lentə alınan videosu yayılıb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl qardaşı avtomobil qəzası keçirən sənətçini sosial şəbəkə istifadəçiləri tənqid ediblər. Onlar Ayanın ünvanına "Qardaşı komadadır, özü oynayır" kimi şərhlər yazıblar.


Babakişiyeva əkiz qardaşı Samirin fotosunu yayımlayaraq, tənqidlərə cavab verib:


"Canım əkizim, artıq yavaş-yavaş ayağa qalxırsan. Qardaşım qəzadan sonra komada olmayıb. Sadəcə çox ağır ölümdən dönüləcək qəza oldu. Şükür, Allah Samiri bizə bağışladı.


Bəzi insanlar yazmasın ki, qardaşı komadadır, sən əylənirsən. Dünən mənim ən doğma insanımın, uşaqlıqdan böyütdüyüm birinin məclisi idi. Dostlarım da məni tək buraxmadılar".

Nə düşünürsən?