Robert Muqabe öldü

  • 06.09.2019
  • 0

Zimbabvenin sabiq prezidenti Robert Muqabe vəfat edib.

APA TV-nin xəbərinə görə, bu barədə BBC məlumat yayıb. 

Qeyd edək ki, R.Muqabe 1980-87-ci illər aralığına Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib. Hakimiyyəti tərk etdikdən sonra R.Muqabe Sinqapurda müalicə olunurdu.

Nə düşünürsən?