"Xan bağı"ndakı təhlükəli ağaclar budanır

  • 06.09.2019
  • 0

"Xan bağı" qurumuş ağaclardan təmizlənir.


Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə istirahət mərkəzinə Mənzil-Komunal Təsərrüfat Birliyinin dörd maşını və 30 canlı qüvvəsi cəlb olunub. 


Ən qədim istirahət mərkəzlərindən olan "Xan bağı"nda bu gün qurumuş ağaclar kəsilib-budanacaq.


Qeyd edək ki, Oxu.Az sentyabrın 5-də "Xan bağı"ndakı qurumuş çinar ağaclarının təhlükə mənbəyinə çevrildiyinə dair xəbər yayımlayıb. 

Nə düşünürsən?