Baham adalarında fəlakət - Ölü sayı çoxdur

  • 06.09.2019
  • 0

“Dorian” qasırğası Karib hövzəsi ölkələrində tüğyan etməkdə davam edir. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, təbii fəlakət daha çox Baham adalarına ziyan vurub. 

Rəsmilər qasırğa səbəbindən arxipelaqda ən az 30 adamın öldüyünü müəyyən edib.

Bu barədə ada dövlətin baş naziri Hubert Minnis açıqlama verib.

“Mən bir saat əvvəl polis rəisi ilə danışdım, indi 30 ölü var. Bir neçə dəfə də dediyim kimi, bu rəqəmin artacağını gözləyirik” - deyə, H. Minnis qeyd edib.

Bundan əvvəl 20 nəfərin öldüyü deyilirdi.

Minnis əlavə edib ki, ABŞ prezidenti Donald Trampla da telefon əlaqəsi yaradıb. Onlar Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər.