Zəlzələ bölgəsində tikilən və bərpa edilən evlərlə bağlı son məlumat

  • 05.09.2019
  • 0

Zəlzələ nəticəsində dağılan evlərdən 251-i tikilərək sahibinə təhvil verilib...

Fövqəladə Hallar Nazirliyi Şamaxıya mediatur təşkil edib. Səfər zamanı Şamaxı, Ağsu və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər barədə məlumat verilib. Əvvəlcə 2 korpusdan ibarət olan 44 mənzilli, dördmərtəbəli yaşayış binasına baxış keçirilib. Qeyd edilib ki, binada son tamamlama işləri gedir. Ardınca isə tikilməkdə olan, eləcə də vətəndaşların istifadəsinə verilən evlərə baxış keçirilib. Bildirilib ki, bu günədək sakinlər tərəfindən 10 mindən artıq müraciət daxil olub.

Bu günədək 251 ev tikilərək təhvil verilib. 257 evdə isə işlər davam edir. Tikinti və bərpa işləri Prezident İlham Əliyevin sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Qismən zərər dəymiş evlərdə isə bərpa işləri aparılır.

Tikilən və bərpa edilən evlərin keyfiyyətinə texniki qruplar tərəfindən nəzarət edilir.

Nə düşünürsən?