Heydər Əliyev prospektində yeraltı keçid tikilir

  • 05.09.2019
  • 0

Bakıda Heydər Əliyev prospektində 60 metr uzunluğunda yeraltı keçid tikilir. Keçidin eni 5, hündürlüyü isə 3 metrdir. Hazırda işlərin böyük hissəsi yekunlaşıb. Yaxın günlərdə keçidin 18 metrlik hissənin qazıntısı aparılacaq

Paytaxtda uzunluğu 60 metr olan piyada keçidi tikilir.

Heydər Əliyev prospektində inşa edilən keçid yolun altından salınır. Tikinti işlərinə başlanılan keçidin bir tərəfi prospektlə kəsişən Zəki Məmmədov küçəsinə çıxacaq. Bu isə ən çox yolun həmin hissəsindən gündə bir neçə dəfə keçən piyadaların işini asanlaşdıracaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, keçidin əsas hissəsində qazıntı işləri artıq yekunlaşıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, piyada keçidi bu ilin sonunadək istifadəyə veriləcək.

Nə düşünürsən?