Gənc boksçularımız Çeçenistanda ölkəmizi təmsil etdi

  • 05.09.2019
  • 0

Bu günlərdə Çeçenistanın paytaxtı Qroznı şəhərində boks üzrə yarış keçirilib. Offsideplus.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırovun atası Əhməd Kadırovun xatirəsinə həsr edilən turnirdə ölkəmizdən də gənc boksçular iştirak edib. Belə ki, "Akhmat" döyüş klubunun təşkil etdiyi yarışa Azərbaycandan 10 idmançı qatılıb. Onların arasında Nicat İmanov xüsusilə seçilib. Belə ki, gənc boksçumuz keçirdiyi döyüşləri qələbə ilə başa vurub. Sonda isə qalib gələn boksçulara medal və mükafatlar təqdim edilib. 

Qeyd edək ki, Nicat İmanov Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən OEUGİM-in boks zalında məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında məşq edir. O, dəfələrlə Azərbaycan çempionatlarında medalla qazanıb. Həmçinin də gənc boksçu Abşeron rayon, Xırdalan şəhər 2 saylı tam orta məktəbdə rus bölməsində təhsil alır. Məktəbin direktoru Ədalət Camalova da dəfələrlə onun naaliyyətlərini keçirilən tədbirlərdə dəyərləndirib. 

Nə düşünürsən?