“Facebook”da daha bir yenilik

  • 05.12.2017
  • 0

“Facebook” şirkəti yeni “Messenger Kids” proqramını istifadəyə verir. Yeni əlavə valideynlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır. Oxu.Az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir. “Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, - şirkətin məlumatında qeyd olunur. “Messenger Kids” proqramı valideynlərin səhifəsi vasitəsilə nəzarət olunur. Bununla da uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək. Yeni əlavədə reklam yerləşdirilməyəcək.

Nə düşünürsən?