Yaponlar hörümçək torundan ilk GMO geyim hazırladılar

  • 05.09.2019
  • 0

Yaponiyanın biomateriallar hazırlamaq üzrə ixtisaslaşmış “Spiber” şirkəti dünyada ilk dəfə olaraq hörümçk torundan hazırlanmış gödəkçə hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu materialı hörümçəklərin özü deyil, genetik modifikasiya olunmuş bakteriyalar istehsal edirlər , yəni GMO-lu materialı hörümçək torundakı ipəyin eynisini sintez edən bakteriyalar törədirlər. Gödəkçədə istifadə olunan yeni növ parça su keçirmir, nəfəs alır və ona yaxşı istilik verən yüksəkkeyfiyyətli əlavələrlə zəngindir.

“Spiber” şirkəti mikroorqanizmlərin DNH-nı redaktə edən metodlardan istifadə edir.Şirkətdən bildirilib ki, bu materialı hazırlayan bakteriyalar əsasən şəkərlə qidalanırlar və hörümçək ipəyinin zülallarını sintez edirlər. Daha sonra zülalların molekulları ayrılır, yumaq halına salınır və belə qeyri adi material hazırlanır.

Nə düşünürsən?