Qaxariyadan BTQ açıqlaması

05.09.2019 | 6 | 0

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir. Bu və digər layihələr bizim üçün çox önəmlidir.

Bu fikirlər Gürcüstanın baş nazir postuna yeni namizəd Georgi Qaxariyanın parlamentə təqdim etdiyi "2019-2020-ci illər üçün hökumət proqramı"nda qeyd olunub.

Sənəddə deyilir ki, Bakı-Tiflis-Qars layihəsinin başa çatdırılması Asiya ilə Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və bu da ölkəyə əlavə yükdaşımaları cəlb edə bilər. Gürcüstan bu layihəyə xüsusi önəm verir.

Məlumat üçün qeyd edək ki, G.Qaxariyanın baş nazir vəzifəsinə namizədliyi ötən gün təqdim olunub. Parlamentin onun başçılıq etdiyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir.

Nə düşünürsən?