Aktrisa ölü siçovul yediyini etiraf etdi

  • 05.09.2019
  • 0

Britaniya aktrisa və modeli Kara Delevin ölü siçovul yediyini etiraf edib.

Bax.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Cimmi Fellonun axşam şousu"nda danışıb.

Model qeyd edib ki, uşaqlıqda "Ultimate Survival" ("Nəyin bahasına olursa sağ qalmaq") verilişini izləməyi sevirdi. Günlərin bir günü proqramın aparıcısı ona şousunda iştirak etməyi təklif edib və o, bunu rədd edə bilməyib. Delevinin şouda nələrə razı olması isə çoxlarını təəccübləndirib.

"Mən siçovulu yedim. Biz təpədən aşağı enəndə gözüm quyruğa sataşdı. Soruşdum ki, "Bu nədir? Siçovuldur?". O isə cavabında "Əla, bu, bizim nahardı" dedi", - aktrisa xatirələrini bölüşüb.

Nə düşünürsən?