Sabirabadda qatar yük maşını ilə toqquşdu

  • 04.09.2019
  • 0

Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.Nəticədə bir nəfər ölüb 4 nəfər xəsarət alıb.

Hadisə Qusarın Bala Qusar kəndi ərazisində qeydə alınıb.Hərəkətdə olanmarkalı avtomobilin sürücüsü Zeynulla Cəbrayılov idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.Nəticədə sürücü və sərnişinlər Atluxanoba kənd sakinləri 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva, 39 yaşlı Pərvanə Babayeva və 28 yaşlı Mina Qurbanova müxtəlif bədən xəsarətləri alıb.OnlarQusar rayon mərkəzi xəstəxanasına çatdırılıb.Həkimlərin səyinə baxmayaraq yaralılardan biri - 39 yaşlı Pərvanə Babayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılara lazımitibbiyardım göstərilib.Hazırda faktla bağlı araşdırma aparılır.

Sabirabadda isə yük avtomobili qatarla toqquşub.Hadisə bu gün səhər şirvan-imişli dəmir yolu xəttində rayonunun minbaşı kəndi ərazisində baş verib.iranvətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən seyidrəşid seyidintizarın idarə etdiyi, yükü püstə olanyük avtomobili qorunmayan keçiddə qatarın qarşısına çıxıb. nəticədə qatarla toqquşan yük avtomobilinə ciddi ziyan dəyib. avtomobildə olan 30-40 ton püstənin bir hissəsi dəmir yoluna dağılıb.Hadisə şahidlərinini sözlərinə görə yolun kənarında dayanan dilənçi qadına pul vermək istəyən və qatarın gəldiyini görməyən sürcü yük avtombilini dəmir yolu keçidinin üstündə saxlayıb.Bu zaman şirvan şəhəri istiqamətində hərəkətdə olan qatar avtomobili vuraraq 15 metr sürüyüb. qəzanın fəsadlarının aradan qaldırılması zamanı bakı-astara, şirvan-imişli istiqamətlərində qatarların hərəkəti məhdudlaşdırılıb.