Bakının parklanma problemi

  • 04.09.2019
  • 0

BNA: "Parklanma ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub"

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı günü gündən artır.

Amma avtomobillər çoxaldıqca özü ilə problemləri də gətirir. Bu problemlərdən biri və ən böyüyü də avtomobillərin parklanmasıdır. Avtomobillər artır, avtomobili park etmək üçün yerlərin sayında isə hələki artım müşahidə olunmur. 

Bakı şəhərinin inzibati ərazisi üzrə 300-dən çox parklanma yerlərinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsinə baxmayaraq hazırda parklanma yerlərinin idarə olunması Agentlik tərəfindən həyata keçirilmir.

Bunun səbəblərini REAL-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi. 

Paytaxt sakinlərinin ən çox maraqlandıran suallardan biri də mərkəzdə avtomobillərin parklanmasıdır ki, Mais Ağayev buna da aydınlıq gətirdi.

Müsahibin sözlərinə görə yeni tikilən ticarət mərkəzlərinin əksəriyyətində nəqliyyat vasitələrinin saxlanması üçün dayanacaqlar fəaliyyət göstərir. Amma bəzi ticarət mərkəzləri var ki, onların ətrafında nəqliyyat vasitələrinin saxlanması çox çətindir. 

Qadağan olunmuş yerdə parklanma edən hər bir sürücü bilməlidir ki, o digər yol hərəkət işitirakçılarının o cümlədən ictimai nəqliyyatın da hərəkətinə mane olur ki, bu da gün ərzində yüz minlərlə insanın mənzil başına vaxtında çata bilməməsinə səbəb olur.

Nə düşünürsən?