Ağstafada "Qrad" raketləri aşkarlanıb

  • 04.09.2019
  • 0

Son bir ayda tapılan silah-sursattəhlükəsiz ərazidə zərərsizləşdirilib.

Görüntülər Ağstafa rayonunun Saloğlu qəsəbəsindəndir. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik artıq 9 aydır ki, ərazidə təmizlik işləri aparır.

Tapılan silah-sursat isə yaşayış olan yerlərdən aşkarlanır. Buna görə də ehtiyyatla təhlükəsiz ərazilərə götürülüb orada zərərsizləşdirilir.

Bu qəsəbədə hazırda təhlükəli vəziyyət davam edir. Əhali silahların istifadəyə yararsız olduğunu zənn edib həyət-bacada müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn evlərin birində "Qrad" mərmiləri dayaq olaraq yerə basdırılıb.

Kənd ərazisində hər hansı bir xoşagəlməz halların yaşanmaması üçünANAMA-nın əməkdaşları sakinlərlə vaxtaşırı söhbətlər edir, maarifləndirici lövhələr asırlar.

Qeyd edək ki, 1991-ci ildə keçmiş SSRİ silahlı qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı silah anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb.

Nə düşünürsən?