Ət yeyən bitki

  • 04.09.2019
  • 0

Böyük Britaniyada ətyeyən şehçiçəyi populyasiyası artırılıb.


Bu bitki növü nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıyadır.


Nəbatatçılar şehçiçəklərini xüsusi şəraitdə yetişdirib, onları yenidən öz habitatına qaytarırlar.


Qeyd edək ki, şehçiçəyi rütubət həddi yüksək olan torpaqlarda bitir.


Bu bitki növü həşəratlarla qidalanır.


Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin bitkilər üzərində araşdırma aparan zaman məhz bu bitkinin xüsusiyyəti onu daha çox təəccübləndirib.


O, şehçiçəyinə digər bütün növlərdən daha çox qayğı göstərdiyini bildirib.


Şehçiçəyinin yarpaqları üzərində olan buynuzcuqları xüsusi ətirli maye ifraz edərək həşəratları özünə cəlb edir.


Bu maye yapışqan olur.


Bitkinin üzərinə qonan həşəratlar tələyə düşür.


Şehçiçəyi daha sonra həzmedici enzimlərlə həşəratı parçalamağa başlayır və proteynlə zəngin qidaya çevirir.

Nə düşünürsən?