“JEK” zibilliyi dağıtdı-Ərazi satılıb?

  • 04.09.2019
  • 0

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsi 21 ünvanda yerləşən zibillik dağıdılıb. 

Bu barədə Cebhe.info-ya küçənin sakinləri məlumat verib. Məlumata görə, bir neçə gün bundan öncə 87 saylı Mənzil İstismar Sahəsinin (MİS) rəisi Şirzad Abiyev əraziyə baxış keçirib: “Onunla bir neçə nəfər də var idi. Əraziyə baxış keçirdilər. Dünən gecə isə zibilliyin yeri dağıdılıb”. Sakinlər zibilliyin yerinin iş adamlarına satıldığını güman edir. 

Çünki bundan öncə zibilliyin arxasında qaraj tikilib.

Sakinlər bildirib ki, hazırda ərazidə zibil  dağılıb, ətrafı üfinət bürüyüb.  

Nə düşünürsən?