Qəbələdəki 7 gözəl şəlaləsində nələr var?

  • 04.09.2019
  • 0

"Yeddi gözəl" şəlaləsi Qəbələ şəhərinin Vəndam qəsəbəsindədir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.


Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. 


Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il minlərlə turist gəlir.

Nə düşünürsən?