Qorxunc olay: Qəbirdən inilti səsləri gəldi,məzara yaxınlaşanlar şoka düşdü

  • 03.09.2019
  • 0

Türkiyədə dəhşətli hadisənin görüntüləri yayılıb.

 Oxu24.com CNN-ə istinadən xəbər verir ki, Efeler kəndində gecə yarısı qəbiristanlıqdan insan iniltisi eşidilib.Yaxınlıqda olan insanlar iniltidən qorxuya düşərək əraziyə polis əməkdaşlarını çağırıb. Polis əməkdaşları əraziyə gəldikdə gördüklərindən şoka düşüb. Onlar köhnə qəbirin içərisində bir gəncin olduğunu və inildiyini görüblər. Əraziyə təcili tibbi yardım maşınları çağırılıb. Kənd qəbiristanlığında məzarın altında olan 20 metr dərinliyində yerləşən quyudan gənc oğlan çıxarılıb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs qəbirstanlıqda dəfn işlərni həyata keçirən şəxslərdən biridir.

Qeyd olunan hadisə kənddə müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub. Kənd sakinləri iddia edib ki, gənci qəbirə el arasında goreşən kimi təqdim edilən qulyabanı süryərək salıb.Hadisə ilə bağlı fotoları təqdim edirik:

Nə düşünürsən?