Yeni salınan Sabunçu vağzalının yağışdan sonrakı halı

03.09.2019 | 6 316 | 0

Cari ilin 21 may tarixində açılışı edilən Sabunçu dəmir yolu vağzalı kompleksinin altından salınan yeni yeraltı tunel bu gecə yağan yağışdan sonra yararsız hala düşüb. 


Jurnalist İlkin Muradov hadisə yerindən video görüntü çəkərək sosial şəbəkədə yerləşdirib. Yol ötürücüsünün keyfiyyətsiz çəkilməsi nəticəsində Mersedes markalı avtomobil yağış suyunun dolduğu tuneldə qalıb. 


Narahatlıq doğuran digər məsələ isə alternativ yolun da hazırda təmirlə əlaqədar bağlanılmasıdır. 

Nə düşünürsən?