Xaçmazda evində narkotik əkən şəxs tutuldu

  • 02.09.2019
  • 0

Xaçmazda evində narkotik əkən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib: “Məndə 10 dənə tum var idi, meşəyə gedəndə tapmışdım. Onları gətirib həyətdə dibçəklərdə əkdim. Özüm istifadə etmək üçün əkmişdim. Polis gəldi tutdu. Elədiyim əməldən də peşmanam”. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Nə düşünürsən?